Meksika qalib gəldi, sevgilisinə evlilik təklifi etdi - VİDEO

11:10 18 İyun 2018

Futbol üzrə Meksika yığması Rusiyada təşkil olunmuş dünya çempionatına Almaniya üzərində gözlənilməz qələbə ilə start verdi.

 

Sportarena.az xəbər verir ki, meksikalı fanatlardan biri komandasının 1:0 hesablı qələbəsiylə bitən matçdan dərhal sonra sevgilisinə evlilik təklifi edib.

 

Moskvadakı “Lujniki” stadionunda keçirilən oyunu arenanın yanındakı fan-zonadan izləyən həmin azarkeş ətrafdakı digər meksikalıların əhatəsində sevgilisindən müsbət cavab almağı bacarıb.

 

Meksika yığması son dünya çempionu Almaniyaya 1:0 hesabıyla qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti