"Qəbələ" Divizion klubu ilə bacarmadı

14:08 18 İyun 2018

“Qəbələ” yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, Sənan Qurbanovun komandası “Bakı”nın təlim-məşq bazasında baş tutan qarşılaşmada birinci divizion təmsilçisi MOİK-lə üz-üzə gəlib.Görüş 1:1 hesabıyla başa çatıb. MOİK-in heyətində Elmir Tağıyev hesabı açıb. Matçın sonlarına yaxın “Qəbələ”dən Rauf Əliyev özü qazandığı penaltini qola çevirib.

 

"qırmızı-qaralar"ın milli komandalara dəvət almış futbolçuları və yeni transfer Sabien Lilay bu görüşün iştirakçısı olmayıb.

 

Qeyd edək ki, “Qəbələ” iyunun 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaq.


Digər xəbərlər

Xəbər xətti