Fabrik işçisi Messiyə qarşı necə oynayıb? - FOTO

Sportarena.az      18 İyun 2018, 15:17

Avro-2016-da sürpriz nəticə göstərərək 1/4 finala qədər irəliləyən İslandiya millisi Rusiyada keçirilən dünya çempionatına da uğurlu star verdi.

 

Sportarena.az xəbər verir ki, ilk görüşdə Argentinadan xal almağı bacaran (1:1) ada təmsilçisinin daha bir futbolçusu haqda maraqlı fakt ortaya çıxıb. Məsələ burasındadır ki, rəqibin lideri Lionel Messiyə heç bir şans verməyən yığmanın müdafiəçisi Birkir Sevarrson duz fabrikində çalışır. Hətta o, mundialda iştirak etmək üçün iş yerindən icazə alıb. Dəniz duzu istehsal edən fabrikdə paketləmə işində çalışan 33 yaşlı futbolçu Argetina ilə oyunun ən yaxşılarından idi.

 

Sevarrson Rusiya mətbuatına açıqlamasında fabrikdə çalışmasında qeyri-adi bir şey olmadığını deyib:

 

“Mənim fabrikdə çalışmağım dünya çempionatının final mərhələsində iştirak etməyimizdən daha normaldır”.

 

Qeyd edək ki, İslandiya millisində rejissor, hüquqşünas, menecer və başqa vəzifələrdə çalışan futbolçular da var.  

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin