“Sabah”ın hazırlıq planı bəlli oldu

16:22 18 İyun 2018

Topaz Premyer Liqasının debütantı “Sabah”ın 2018/19 mövsümü ilə bağlı hazırlıq planı bəlli olub.

 

Sportarena.az xəbər verir ki, komanda 3 mərhələdən ibarət olacaq yeni mövsümün hazırlığına bu gün “Əlincə Arena”da başlayacaq.

 

Toplanışın ilk hissəsi iyunun 18-dən iyulun 2-dək Bakıda baş tutacaq. İlkin hazırlıq mərhələsində bir oyunun keçirilməsi nəzərdə tutulub. İyunun 30-na planlaşdırılan görüşdəki rəqib hələ ki, bəlli deyil.


Paytaxtda davam edəcək ikinci hazırlıq mərhələsi 2-15 iyul aralığında keçiriləcək. Komanda hazırlığın bu mərhələsində iyulun 7-də “Səbail”, iyulun 11-də “Sumqayıt”, iyulun 14-də isə “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq.


Toplanışın üçüncü hissəsi isə 16-29 iyul aralığında Türkiyənin Bolu şəhərində baş tutacaq. Qonşu ölkədəki təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi barədə məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti