Xorvatiya millisinin hücumçusu düşərgədən qovuldu

Sportarena.az      19 İyun 2018, 01:00

Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatında mübarizə aparan Xorvatiya yığmasında qalmaqal yarandığı barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki, buna səbəb sözügedən komandanın hücumçusu Nikola Kaliniç Nigeriyaya qarşı keçirdikləri ilə oyunda meydana çıxmaqdan imtina etməsi olmuşdu.

 

Belə ki, xorvatların 2:0 hesabıyla qalib gəldiyi həmin görüşün sonuna 5 dəqiqə qalmış baş məşqçi Zlatko Daliç, Kaliniçi Mario Mandzukiçin əvəzində meydana buraxmaq istəyib. Lakin İtaliyanın “Milan” klubunun şərəfini qoruyan hücumçu meydana çıxmaqdan imtina edib. Nəticədə, Mandzukiçi Marko Pyaça əvəz edib.

 

Bu hərəkəti Kaliniçə baha başa gəlib. Baş məşqçi onun yığmanın heyətindən kənarlaşdırılması barədə qərar qəbul edib. Artıq Xorvatiya Futbol Federasiyasının rəsmi saytında da Kaliniçin millinin düşərgəsindən ayrıldığı barədə məlumat verilib.

 

Daliç isə bu qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında bunları söyləyib:

 

“Kaliniç artıq millinin düşərgəsini tərk edib. Nigeriya ilə oyunda onun meydana çıxması nəzərdə tutulmuşdu. Amma kürəyində ağrıların olduğunu əsas gətirərək bundan imtina etdi. Braziliya və İngiltərəyə qarşı keçirdiyimiz yoxlama oyunlarında da oxşar hal təkrar olunmuşdu. Bu üzdən də belə qərar verdim. Hesab edirəm ki, bizə indi hazır və yığmaya kömək etmək istəyən oyunçular lazımdı”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin