"Qəbələ", "Neftçi" və "Keşlə"nin potensial rəqibləri kimlərdi?

10:16 19 İyun 2018

Sabah UEFA Çempionlar Liqası ilə Avropa Liqasında da 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkü atılacaq.

 

Sportarena.az xəbər verir ki, yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klublarının - “Qəbələ”, “Neftçi” və “Keşlə”nin yekun potensial rəqibləri artıq bəllidi.

 

Azərbaycanın hər üç təmsilçisi püşkatmada səpələnmişlər səbətində yer alacaq. Təmsilçilərimiz aşağı reytinq xalı olan klublarla üz-üzə gələcək.

 

2-ci qrupa düşən “Qəbələ” “Proqres” (Lüksemburq), “Şiroki Briyeq” (Bosniya və Hersoqovina), “Şkupi” (Makedoniya), “Stumbras” (Litva) və “Dunayska Streda” (Slovakiya) klublarından birinə rəqib olacaq.

 

3-cü qrupdakı “Neftçi”ni “Buduçnost” (Çernoqoriya), “Partizani” (Albaniya), “Uypeşt” (Macarıstan), “Samtrediya” (Gürcüstan) və “Rasinq Yunion” (Lüksemburq) klublarından biri ilə duel gözləyir.

 

7-ci qrupda yer alan “Keşlə” isə “Milsami” (Moldova), “Rudar” (Çernoqoriya), “Riqa” (Latviya), “Budapeşt Honved” (Macarıstan) və “Baltsan” (Malta) klublarından biri ilə mübarizə aparmalı olacaq.

 

Sabah həm də 2-ci təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və 1-ci mərhələnin 47 cütü iştirak edəcək. Klublarımızdan yalnız “Qəbələ”nin yer aldığı cütlük səpələnmişlərdən olacaq. “Neftçi” və “Keşlə” isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək.

 

Avropa Liqası: 1-ci təsnifat mərhələsi

"Qəbələ"nin potensial rəqibləri: Proqres (Lüksemburq), Şiroki Briyeq (Bosniya və Hersoqovina), Şkupi (Makedoniya), Stumbras (Litva), Dunayska Streda (Slovakiya)

 

"Neftçi"nin potensial rəqibləri:  Buduçnost (Çernoqoriya), Partizani (Albaniya), Uypeşt (Macarıstan), Samtrediya (Gürcüstan), Rasinq Yunion (Lüksemburq)

 

"Keşlə"nin potensial rəqibləri: Milsami (Moldova), Rudar (Çernoqoriya), Riqa (Latviya), Budapeşt Honved (Macarıstan), Baltsan (Malta)


Digər xəbərlər

Xəbər xətti