Sabiq "Qəbələ"li Ukrayna klubunda

11:29 19 İyun 2018

Mövsüm başa çatdıqdan sonra “Qəbələ”dən göndərilən Vitali Vernidub keçmiş komandasına qayıdıb.

 

Sportarena.az xəbər verir ki, müdafiəçi “Zarya” klubunun təlim-məşq toplanışına qatılıb.  31 yaşlı futbolçu ötən gündən start götürən hazlırlıq prosesində iştirak edir.  Ancaq onun atası Yuri Vernidubun rəhbərlik etdiyi komandada qalıb-qalmayacağı müəyyənləşməyib. 

 

Qeyd edək ki, “Qəbələ” müqaviləsi başa çatan futbolçu ilə əməkdaşlığını davam etdirməkdə maraqlı olmayıb.  


Digər xəbərlər

Xəbər xətti