Yaponiyadan və Seneqaldan sürpriz, Rusiyadan ikinci qələbə - YENİLƏNİB

23:59 19 İyun 2018

Bu gün dünya çempionatında ilk tura yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, H qrupunda  iki oyun keçirləcək. Əvvəlcə meydana Kolumbiya və Yaponiya milliləri çıxacaq. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunur. Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşacaq. Levandovski-Mane mübarizəsi adlandırılan bu görüşə də maraq böyükdür.

 

A qrupunda isə 2-ci tura start veriləcək. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşacaq. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması  Uruqvaya uduzub - 0:1

 

 

DÇ-2018:

1-ci tur

19 iyun

H qrupu

16:00 Kolumbiya - Yaponiya 1:2

Qol: Xuan Kintero, 39 - Şindzi Kaqava, 6-p. Yuya Osako, 73.

Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)

Hakim: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair).

 

19:00 Polşa - Seneqal 1:2
Qol: Qreqor Krixovyak, 86 - Tyaqo Çionek, 38-avtoqol. Mbaye Nyanq, 61.

Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri, Əbdülrəhman Əl Yassim (hər ikisi Qətər).
 

 

2-ci tur

A qrupu

22:00 Rusiya - Misir 3:1

Qol: Ahmed Fathi, 47-avtoqol. Denis Çerışev, 59. Artyom Dzyuba, 62 - Məhəmməd Salah, 73-pen.

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).


Digər xəbərlər

Xəbər xətti