Ərdoğan: "Ronaldoya heyranam"

Sportarena.az      19 İyun 2018, 14:34

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan DÇ-2018-in startı barədə fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, o, güclü komandaların turnirə uğurlu başlamadığını bildirib:

 

"Əvvəlcə favoritimin Almaniya olduğunu demişdim, amma yanıldım. Almaniya ilk matçda uduzdu, vəziyyət bir az çətinləşdi. Güclü komandalar məğlub olur. Almaniya uduzdu, Braziliya xal itirdi. Meksika əla başladı. Bundan sonra belə davam edib-etməyəcəyini bilmirəm".

 
 

Ərdoğan İspaniya ilə matçda het-trikə imza atan Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo barədə də müsbət fikirlər səsləndirib:

 

"Onun cərimə zərbəsindən vurduğu qol möhtəşəm idi. Hər kəs o matçda elə oyun, xarakter nümayiş etdirə bilməz. Üstəlik, Ronaldonun Fələstin məsələsindəki münasibəti, bunlar çox önəmlidir. Ronaldoya heyranam".

 

O, futbol dünyasında kifayət qədər məhşur olan suala da cavab verib:

 

"Məndən dünyanın ən yaxşısı Ronaldomu, yoxsa Messimi deyə soruşacaqsızsa, deyim. Ronaldo".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin