"Qarabağ"ın 2-ci mərhələdəki potensial rəqibi də müəyyənləşdi

16:48 19 İyun 2018

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, püşkün nəticəsinə əsasən “Olimpiya” (Sloveniya”) - "Qarabağ" cütünün rəqibi də müəyyənləşib. Ağdam təmsilçisi “Olimpiya” səddini keçəcəyi təqdirdə 2-ci təsnifat mərhələsində “Kukesi” (Albaniya) - “Valletta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun səfərdə olacaq.


Qeyd edək ki, 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 24-25-də, cavab matçları iyulun 31-də və avqustun 1-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti