Günün hesabı 1:0 - YENİLƏNİB

23:56 20 İyun 2018

Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha üç oyun keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, günün ilk matçında Portuqaliya ilə Mərakeş üz-üzə gələcək. İlk oyunda İspaniya ilə heç-heçə edən portuqaliyalılar növbəti mərhələyə çıxmaq üçün bu görüşdən mütləq qələbə ilə ayrılmalıdılar. Bu qrupun digər oyununda İspaniya İranla qarşılaşacaq. İlk turda Mərakeşi məğlub edən cənub qonşularımız ispanlarla görüşdə ən azı heç-heçə etməyə çalışacaq.

 

Günün daha bir oyunu A qrupunda keçiriləcək. Bu qrupun oyununda Uruqvayla Səudiyyə Ərəbistanı üz-üzə gələcək.


DÇ-2018: 2-ci tur

20 iyun
B qrupu

16:00 Portuqaliya - Mərakeş 1:0

Qol: Kriştiano Ronaldo, 5
Baş hakim: Mark Giger (ABŞ)
Moskva. “Lujniki stadionu”

 

22:00 İran - İspaniya 0:1

Qol: Dieqo Kosta, 54.
Baş hakim: Andres Kunya
Kazan. “Kazan Arena”

 

A qrupu

19:00 Uruqvay - Səudiyyə Ərəbistanı 1:0

Qol: Luis Suares, 23.
Baş hakim: Kleman Tyurpen
Rostov. “Rostov Arena”


Xəbər xətti