"Milan" Avropa Liqasına buraxılmayacaq?

11:41 20 İyun 2018

“Milan” UEFA tərəfindən cəzaya məruz qalacaq.

 

Sportarena.az xəbər verir ki, UEFA “Milan”ı Avropa Liqasından uzaqlaşdırmağı düşünür. Buna səbəb İtaliya nəhənginin maliyyə feyr-pleyinə əməl etməməsidi. “Milan” məsələni nizama salmaq üçün UEFA-ya 2-ci dəfə təklif irəli sürüb. Ancaq Avropanın ali futbol qurumu bu təklifi qəbul etməyib. UEFA “Milan”ın biznes sferasında mənfi reputasiyaya malik olan rəhbərliyinə inanmır.

 

Məlumata görə, cəzalanacağı təqdirdə, “Milan”ın İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyi gözlənilir.


Digər xəbərlər

Xəbər xətti