"Arsenal" qapıçı transfer etdi

12:18 20 İyun 2018

İngiltərənin “Arsenal” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportarena.az xəbər verir ki, London klubu Almaniya “Bayer”ində çıxış edən qapıçı Bernd Lenonu transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, 26 yaşlı qolkiperin özü və klubu ilə razılıq əldə olunub. Tərəflərin tezliklə rəsmi müqaviləyə imza atması gözlənilir. İngiltərə mətbuatının iddiasına görə, London klubu Lenoya görə “Bayer”ə 23 milyon avro təzminat ödəyəcək.

 

2011-ci ildən “Bayer”də çıxış edən Leno Almaniya millisində də 6 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti