"Qarabağ" Avstriyaya gedir

13:27 20 İyun 2018

İyunun 12-dən 2018/19 mövsümünün hazırlığına start verən “Qarabağ” Bakıdakı toplanışını başa vurub.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu bu gün Avstriyaya yollanaraq təlim-məşq toplanışını orada davam etdirəcək. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu ölkədəki hazırlıq prosesində 4 yoxlama oyunu da keçirəcək.

 

Rəqiblərin siyahısını və oyunların təqvimini bir daha xatırladırıq:

 

23 iyun. "Qarabağ" - "Ludoqorets" (Bolqarıstan)

26 iyun. "Qarabağ" - "Vakker İnsbruk" (Avstriya)

30 iyun. "Qarabağ" - Suriya yığma komandası

4 iyul. "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna)


Xəbər xətti