Ruslan Abışov: "Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik"

Sportarena.az      20 İyun 2018, 16:37

"Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, yeni transferlər haqqında da danışan futbolçu, Avropa Liqasında maksimum uğurlu çıxış etmək istədiyini bildirib:

 

- Yeni baş məşqçi Roberto Bordinin rəhbərliyi altında məşqlər komandada necə təəssürat yaradıb?
- Mövsümün hazırlığına yeni baş məqşçi ilə başlamışıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir ki, oyunlarda daha yaxşı çıxış edək.

 

- Yeni transfer olunmuş legionerlər haqda nə deyə bilərsiz?
- Baqali Dabonun səviyyəsi məlumdur. Dario Frederiko da onun kimi. Çox sevinirəm ki, "Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər tez bir zamanda komandaya uyğunlaşıb, həm çempionatda, həm də Avroliqada uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Turalın və Rəşadın da bizə qoşulması komandaya əlavə güc qatacaq.

 

- Sizcə, "Neftçi” Avropa Liqasında nə qədər irəliləyə biləcək?
- Düzdür, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdır. Maksimum uğurlu çıxış etmək istəyirik. "Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin