Sənan Qurbanov: “Proqres” kifayət qədər ciddi rəqibdi"

17:32 20 İyun 2018

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması barədə fikirlərini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 38 yaşlı mütəxəssis klub saytına açıqlamasında “Qəbələ”nin Lüksemburq “Proqres”i ilə oyunlardakı şanslarını dəyərləndirib:

 

“Püşkatmadan öncə 5 mümkün rəqibimiz var idi. Bunlar təxminən eyni səviyyəli, oxşar komandalar idi. Püşkün nəticəsinə görə “Proqres”lə qarşılaşacağıq. Lüksemburq təmsilçisi ötən mövsüm Şotlandiyanın “Reyncers” klubunu mübarizədən kənarlaşdırıb. “Proqres” kifayət qədər ciddi rəqibdi. Ümumilikdə, hazırkı durumda şanslar bərabərdi.

 

Püşkdən sonra hazırlıq planlarımız buna uyğun şəkildə qurulacaq. Rəqib barədə gündəlik məlumatlar toplanacaq. Bizim üçün Cavid Hüseynovun yoxluğu ciddi itkidi. Bəzi mövqelərdə boşluqlarımız var. Bu boşluğu yeni futbolçu və ya futbolçularla doldurmağa çalışacağıq. “Proqres”lə matçadək vaxtımız azdı. Hər gün, hər məşq vacibdi. İlk oyunun evdə və ya səfərdə keçirilməsi üstünlük deyil, birinci növbədə komandanın hazır olmasıdı. Bu təlim-məşq toplanışında yaxşı oyun formasını yığmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti