"Neftçi" İspaniya nəhəngini Bakıya gətirə biləcək?

17:17 20 İyun 2018

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.  Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.

 

Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.

 

Azərbaycan kubokunun qalibi “Keşlə”ni “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) - “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.

 

"Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda isə növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.

 

Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab matçları isə avqustun 2-də keçiriləcək.

 

Avropa Liqası, 2-ci təsnifat mərhələsi

Honved (Macarıstan) - Rabotniçki (Makedoniya)/Proqres (Lüksemburq) - Qəbələ

Baltsan (Malta) - Keşlə/Milsami (Makedoniya) - Slovan (Slovakiya)

Neftçi/Uypeşt (Macarıstan) - Sevilya (İspaniya)


Digər xəbərlər

Xəbər xətti