"Qəbələ"nin rəqibini yaxından tanıyaq

Sportarena.az      20 İyun 2018, 18:29

"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Proqres" klubu ilə qarşılacaq.

 

Sportarena.az xəbər verir ki, "Proqres" 3 min əhalisi olan Niderkorn şəhərini təmsil edir.

 

Komanda 1919-cu ildə yaradılıb. "Proqres" 3 dəfə ölkə çempionu olub və 6 dəfə gümüş medalla kifayətlənib. 7 dəfə Lüksemburq kubokunda final oynayan "Proqres" 4 dəfə qalib olub. Maraqlıdır ki, Niderkorn rəmsilçisi sonuncu dəfə 1980/81-ci il mövsümündə qızıl medal qazanıb.

 

"Proqres" avrokuboklarda 15 görüş keçirib və yalnız bir qələbə qazanıb. Komandanın 2 heç-heçəsi və 12 yenilgisi var. Lüksemburq klubu avrokuboklarda yeganə qələbəsini ötən mövsüm "Reyncers" üzərində qazanıb. İlk oyunda 2:0 hesabı ilə qalib gələn "Proqres" cavab matçında 0:1 hesabı ilə uduzsa da, Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlmişdi. Şotlandiya təmsilçisi üzərində qələbə möcüzə olaraq, adlandırılmışdı. II mərhələdə isə onların qarşısını Kiprin AEL klubu kəsmişdi.

 

Komandanın heyətində Lüksemburq və Fransadan olan futbolçular çoxluq təşkil edir. Heyətdə belçikalı və erməni legioner də var. Ermənistan millisində çıxış etmiş 31 yaşlı Aleksandr Karapetyan ötən ildən bu komandada çıxış edir.  Karapetyan ötən mövsüm çempionatda 23 oyuna 29 qolla bombardirdir. Gürcüstan doğumlu forvard Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığını daşıyır.

 

"Proqres" ev oyunlarını 4830 nəfər azarkeş tutumuna malik olan "Stad Jos Hopert"də keçirir. Komandanı 45 yaşlı Paolo Amado çalışdırır. Klubun prezidenti Fabio Maroçidir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin