"Keşlə" maltalıları "Neftçi"dən soruşsun

Sportarena.az      20 İyun 2018, 22:23

"Keşlə” klubunun Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Maltanın “Baltsan” klubunun kimliyinə aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, Baltsan şəhərini təmsil edən komanda 1937-ci ildə yaradılsa da, hansısa ciddi uğuru yoxdu. Onlar indiyədək yalnız I divizionda 1-ci (2011) və 2-ci (2003) yeri tutublar. "Baltsan" son mövsümü Premyer Liqada gümüş medallarla başa vurub. 

 

Belə ki, şəhərin gənclərindən təşkil olunan komandanın Malta Premyer Liqasında debütü 2003-cü ilə təsadüf edib. Lakin həmin mövsüm yarışda 9-cu yeri tutduqlarından I diviziona qayıdıblar. “Baltsan”ın yüksək liqaya qayıdışı 7 mövsümdən sonra reallaşıb və komanda 2012-ci ildə 6-cı olub. Onların ölkə kubokunda ən yaxşı göstəricisi isə 2009/2010 mövsümünə təsadüf edib. “Baltsan” 1/4 finala kimi irəliləyib.

 

Son mövsümdə 2-cü yerdə qərarlaşmaqla, ən yaxşı nəticəsini müəyyənləşdirən komanda avrokubokda  2015-ci ildə debüt edib. 

 

Prezidenti Anton Taqliaferro olan klubu Marko Miçoviç çalışdırır. Onlar oyunlarını 17 min tamaşaçı tutumuna malik “Ta Kali” stadionunda keçirirlər. "Baltsan" 2016-ci ildə Avropa Liqasında "Neftçi" ilə üz-üzə gəlib.  Təmsilçimiz rəqibini  iki oyunun nəticəsinə görə üstələyib.  

 

Qeyd edək ki, tərəflər arasındakı ilk oyun Maltada, cavab oyunu isə Bakıda keçiriləcək. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin