DÇ-2018: Daha bir milli itki ilə üzləşdi

10:14 21 İyun 2018

 

Futbol üzrə Cənubi Koreya yığması DÇ-2018-də ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın müdafiəçisi Pak Çju Ho sıradan çıxıb. Onun qrup mərhələsinin ilk turunda İsveçə qarşı keçirdikləri oyunda aldığı zədə ağır olub.

 

Aparılan müayinələrdən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. ESPN nəşrinin yaydığı məlumata görə, Çju Ho üçün DÇ artıq başa çatıb. O, bundan sonrakı oyunlarda komandasına kömək edə bilməyəcək. Buna baxmayaraq, futbolçunun DÇ-nin sonunadək komandasının düşərgəsinə qalacağı açıqlanıb.

 

Xatırladaq ki, İsveçin 1:0 hesabıyla qalib gəldiyi həmin oyunda Park 28-ci dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.


Digər xəbərlər

Xəbər xətti