İngiltərə klubundan rekord transfer

Sportarena.az      21 İyun 2018, 10:50

İngiltərənin “Vest Hem” klubu heyətini yeni futbolçularla gücləndirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yeni transferlərindən biri Fransanın “Tuluza” klubunun mərkəz müdafiəçisi İssa Diopdu. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti və maliyyə detalları açıqlanmır. Sadəcə, onun transfer məbləğinin klub üçün bir rekord olduğu bildirilib. İngiltərə mətbuatının yazdığına görə isə, “Vest Hem” bu transfer üçün 25 milyon avrosundan keçməli olub. Sözügedən klub ötən mövsüm Marko Arnautoviçin transferi üçün 22,3 milyon avro ödəmişdi. Lakin Diopun transferi ilə Arnautoviçin rekordu yenilənib.

 

21 yaşlı futbolçu “Tuluza” forması ilə geridə qalan mövsümdə 31 oyuna çıxıb. Onunla “Monako”, “Olimpik” (Marsel), “Leyptsiq” və “Sevilya” klubları da yaxından maraqlanırdı.

 

“Vest Hem”in digər transferi isə qapıçı Lukaş Fabianski olub. Hazırda Polşa yığmasının heyətində Rusiyada təşkil olunmuş dünya çempionatında mübarizə aparan 33 yaşlı qolkiper yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. Onun son klubu İngiltərənin digər təmsilçisi “Suonsi Siti” olub.

 

Qeyd edək ki, “Vest Hem”in yeni baş məşqçisi Manuel Pelleqrininin ilk transferi sağ cinah müdafiəçisi Rayan Frederiks olmuşdu.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin