Xorvatiya Argentinanı darmadağın etdi - YENİLƏNİB

23:57 21 İyun 2018

Dünya çempionatı həyəcanı davam edir. Bu gün qrup mərhələsində daha 3 oyun olacaq.

 

Sportarena.az xəbər verir ki, C qrupunda 2-ci tura yekun vurulacaq. D qrupunda isə bir görüş baş tutacaq.

 

İlk turda Peru üzərində minimal hesablı qələbə qazanan Danimarka bu dəfə mundiala məğlubiyyətlə başlayan Avstraliya ilə üz-üzə gələcək. Birinci qarşılaşmasında çətin qələbə qazanan Fransa Perunu sınağa çəkəcək. Fransa və Danimarka növbəti qələbəni əldə edəcəkləri təqdirdə, 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirəcəklər.

 

Dünya çempionatına gözlənilmədən xal itkisi ilə başlayan Argentina qrupun favoritlərindən sayılan və mundiaala qələbə ilə başlayan Xorvatiya ilə üz-üzə gələcək. Cənubi amerikalılar şansını çətinə salmamaq üçün mütləq qələbə qazanmalıdır.

 

DÇ-2018. 2-ci tur

21 iyun

C qrupu

16:00 Danimarka - Avstraliya 1:1

Qol: Kristian Eriksen, 7 - Mayl Yedinak, 38-pen

Baş hakim: Antonio Mateu Lahoz (İspaniya)

Samara, "Kosmos Arena"

 

19:00 Fransa – Peru 1:0

Qol: Kilian Mbappe, 34.

Baş hakim: Mohammed Abdulla Hassan (Birləşmiş Ərəb Əmirlikləri)

Yekaterinburq, Mərkəzi stadion

 

D qrupu

22:00 Argentina – Xorvatiya 0:3

Qol: Ante Rebiç, 53. Luka Modriç, 80. İvan Rakitiç, 90+1.

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)

Nijni Novqorod. Şəhər stadionu


Xəbər xətti