Ronaldo "keçi" saqqalından danışdı

16:18 21 İyun 2018

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo dünya çempionatında saqqal buraxmasının səbəbini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı hücumçu bunu İspaniya yığması ilə oyun ərəfəsində etdiyi zarafatın nəticəsi kimi dəyərləndirib:

 

“Matçdan əvvəl saunada üzümü təraş edirdim. Sonra komanda yoldaşlarıma dedim ki, İspaniyaya qol vursam, kosa saqqalını mundialın sonunadək saxlayacam. Bəxtim gətirdi və həm İspaniyaya, həm də Mərakeşə qol vurdum. Ona görə də sözümün üstündə duracam. Saqqalı dünya çempionatı yekunlaşanadək qırxmayacam”.

 

Ronaldo hazırda 4 qolla turnirin bombardiridi.


Xəbər xətti