"Neftçi"nin məşqçisi: "Hər kəsin ağır məşqlər üçün yaxşı bazaları var"

17:31 21 İyun 2018

"Neftçi”nin fiziki hazırlıq üzrə məşqçisi Andrea Mezzu klubun saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Mezzu açıqlamasında “ağ-qaralar”ın fiziki durumu ilə bağlı fikirlərini bildirib:

 

"Hal-hazırda mənim tərəfimdən komanda üzvlərinin qiymətləndirməsi gedir. Amma indidən deyə bilərəm ki, hər kəsin ağır məşqlər üçün yaxşı bazaları var. Ona görə də, gündən-günə məşqlərin intensivliyini artırıram. Komandanın ümumi fiziki vəziyyəti bir neçə gündən sonra tam bilinəcək”.


Digər xəbərlər

Xəbər xətti