Dario Federiko: "Bunu meydanda sübut eməliyik"

Sportarena.az      22 İyun 2018, 12:17

“Neftçi”nin braziliyalı yarımmüdafiəçi Dario Frederiko komandanın indiki durumu və Avropa Liqasının püşkünün nəticəsi haqda klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “sambaçı” hazırlıqdan razı qaldığını bildirib:

 

"Komandanın durumu yaxşıdı. Hazırlıq əla keçir, bizim çox mehriban kollektivimiz var”.

 

“Neftçi”nin Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacığı Macarıstanın "Uypeşt” komandasına gəlincə, Frederiko bunu deyib:

 

"Rəqib haqqında ətraflı məlumatımız olmasa da, məşqçilər "Uypeşt”i təhlil edib, bizimlə bu informasiyanı bölüşəcək”.

 

Frederiko "Neftçi”nin ilk təsnifat mərhələsini adlamaq üçün hər şey edəcəyini vurğulayıb:

 

"Əlimdən gələni edəcəm ki, "Neftçi”yə mərhələ adlamaq üçün kömək edim. Bizim yaxşı oyunçularımız var, bunu da meydanda sübut eməliyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin