Argentina millisinin düşərgəsində qalmaqal - Futbolçular baş məşqçini istəmir

Sportarena.az      22 İyun 2018, 14:49

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında Argentina millisinin uğursuz çıxışı baş məşqçi Xorxe Sampaolinin istefasını gündəmə gətirib.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, Argentina Futbol Federasiyası onu qovsa, ciddi ziyana düşəcək. Belə ki, müqaviləyə əsasən Sampaoli vaxtından əvvəl baş məşqçi postundan göndərilsə, ona 17 milyon avro təzminat ödənilməlidi. Onun federasiya ilə 2022-ci ilə qədər müqaviləsi var.

 

Mətbuatda yayılan xəbərlərə görə, futbolçular Sampaolinin dərhal qovulmasını istəyir və federasiya rəhbəliyi bu qərar barədə ciddi götür-qoy edir. Komandanı Nigeriya ilə görüşə 1986-cı ildə Argentina ilə dünya çempionu olan Xorxe Burruçaqa çıxara bilər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin