Xorvatiyadan Argentinaya daha zərbə

Sportarena.az      22 İyun 2018, 16:09

DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Argentinaya 3:0 hesabı ilə qalib gələn Xorvatiya növbəti mərhələyə vəsiqəni təmin edib.

 

Sportarena.az xəbər verir ki, Xorvatiya yığması qrup mərhələsinin sonuncu - 3-cü turunda İslandiya ilə keçiriləcək oyuna ehtiyat qüvvə ilə çıxacaq. Bu barədə Xorvatiyanın baş məşqçisi Zlatko Daliç Argentina ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib:

 

“Bəli, mən İslandiya ilə oyunda əsas heyətin üzvlərinə istirahət verəcəm”.

 

Argentina yığmasının növbəti mərhələyə vəsiqə qazanması öz əlində deyil. Çox güman ki, son turda keçiriləcək Xorvatiya - İslandiya oyununun nəticəsi bu məsələyə böyük ölçüdə təsir edəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin