"Keşlə"də 3 yeni müqavilə

Sportarena.az      22 İyun 2018, 18:19

Azərbaycan kubokunun qalibi “Keşlə” daha bir neçə futbolçusunu heyətdə saxlamağa qərar verib.

 

Sportarema.az xəbər verir ki, Vaqif Cavadov, Orxan Sadıqlı və Ebrima Sohna paytaxt klubu ilə yeni müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb. Hər üç futbolçu daha bir il müddətinə “Keşlə”də çıxış edəcək.

“Keşlə” daha öncə Fuad Bayramov, Slavik Alxasov, Sərtan Taşkın, Tərlan Quliyev, Adrian Skarlatake, Andre Klennon, Denis Silva, Cabir Əmirli və Murad Qayalı ilə müqavilə yeniləmişdi.

Bakılılar həmçinin, “Sumqayıt”dan Azər Salahlı ilə Amil Yunanovu heyətə cəlb ediblər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin