"Qəbələ" "Kukesi"yə qarşı

Sportarena.az      23 İyun 2018, 10:30

İyunun 20-dən Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxacaq.

 

Sportarena.az xəbər verir ki, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirəcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Bu oyun “Qəbələ”nin Sloveniyada ümumilikdə 10-cu qarşılaşmasıdı. 2012-ci və 2014-cü illərdə də yay təlim-məşq toplanışını bu ölkədə keçirən “qırmızı-qaralar” ümumilikdə 8 yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ”nin Sloveniyadakı daha bir oyunu UEFA Avropa Liqasının “Maribor”la duelinə təsadüf edib.

 

“Qəbələ” Albaniya təmsilçisi ilə indiyədək 1 yoxlama oyunu keçirib. 2017-ci ilin qışında Türkiyə toplanışında olan “qırmızı-qaralar” “Partizani” ilə üz-üzə gəlib. Yoxlama matçında albaniyalılar qalib gəlib – 2:1.

 

“Kukesi” 1930-cu ildə yaranıb. Eyniadlı şəhəri təmsil edən komanda 88 illik tarixinin böyük hissəsini aşağı liqalarda keçirib. 2012-ci ildə Superliqada debüt edən bu klub burada 6 mövsüm mübarizə aparıb. “Kukesi” bu qısa müddətdə daimi mükafatçı imicinə yiyələnib. Komanda Superliqada keçirdiyi bütün çempionatları ilk “üçlük”də tamamlayıb. İlk üç mövsümdə (2012/13, 2013/14, 2014/15) qazanılan ardıcıl gümüş medallardan sonra bürünc (2015/16) və çempionluq (2016/17) da əldə edilib. 2017/18 mövsümündə yenidən gümüşə sahib çıxan “Kukesi” UEFA Avropa Liqasına yüksəlib. Aktivində ölkə kuboku (2015/16) və Superkuboku (2016) da olan kukesililər son 5 mövsümdə də avrokuboklarda mübarizə aparıb. Komandanın ən böyük uğuru UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləməkdi.

 

Xatırladaq ki, “Qəbələ”nin hücumçusu Rauf Əliyevin son klubu “Kukesi” olub. O, ötən mövsümün ilk yarısında çıxış etdiyi komandada keçirdiyi 17 matçda 4 qol vurub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin