Almaniya millisində ciddi itki

Sportarena.az      23 İyun 2018, 12:47

Sabah dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveçlə qarşılaşacaq Almaniya millisi ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı müdafiəçilərindən Mats Hummels zədələnib. Bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv məlumat verib:

 

“Hummels sabah oynaya bilməyəcək. Boynunda zədəsi var. Normal məşq də edə bilmir. Amma sağalmaq üçün hələ vaxtı var. Bu cür zədələr 1 günə sağalmır. Bizə hava mübarizəsində yaxşı oynayan futbolçular lazımdır. Sabahkı oyunla bağlı bəzi ideya və planlarım var”.

 

Qeyd edək ki, Almaniya – İsveç oyunu sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq. Almanlar qrupun ilk matçında Meksikaya 0:1 hesabı ilə uduzublar.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin