"Qarabağ" Avstriyadakı ilk oyununda heç-heçə etdi - YENİLƏNİB

21:16 23 İyun 2018

“Qarabağ” Avstriyada Çempionlar Liqasına hazırlıq çərçivəsində bu gün ilk yoxlama matçını keçirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanın "Ludoqorets" klubuyla qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 1:1.

 

Qeyd edək ki, "Qarabağ"ın digər sınaqları iyunun 26-da "Vakker İnsbruk" (Avstriya), 30-da Suriya yığması, iyulun 4-də isə "Dinamo" (Kiyev, Ukrayna) ilə olacaq. 

 

Yoxlama oyunu

23 iyun

19.30 Qarabağ - Ludoqorets (Bolqarıstan) 1:1

Qol: Dani Kintana, 51 - Yakub Şvierçok, 36.


Xəbər xətti