Maksim Medvedev: "İstəmədiyimiz bir rəqib düşdü"

Sportarena.az      23 İyun 2018, 16:18

"Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, “köhlən atlar”ın müdafiəçisi Maksim Medvedev rəqiblə bağlı fikirlərini klubun saytına bildirib:

 

"İstəmədiyimiz bir rəqib düşdü, 5 potensial rəqibdən ən güclüsüylə qarşılaşacağıq. İlk oyunumuz səfərdə olacaq, çalışmalıyıq ki, yaxşı nəticəylə qayıdaq. Maksimum diqqətli olmalıyıq, rəqib də öz meydanında qələbə qazanmağa çalışacaq.

 

Avstriyada təlim-məşq toplanışımızı davam etdiririk. Hələ ki, əsasən fiziki göstəriciləri daha yaxşı vəziyyətə gətirmək üzərində çalışırıq. Növbəti günlərdə komandayla birlikdə rəqibi analiz etməyə başlayacağıq. Və buna uyğun taktika seçib, meydana çıxacağıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".
 

Qeyd edək ki, cütün ilk oyunu iyulun 11-də, Bakı vaxtı ilə saat 22-00-da Sloveniyada keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin