Salah Çeçenistanın fəxri vətəndaşı oldu

16:41 23 İyun 2018

Misir yığmasının lideri Məhəmməd Salaha Çeçenistanın fəxri vətəndaşlığı verilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə qərarı Çeçenistan rəhbəri Ramzan Kadırov qəbul edib. Bununla bağlı sərəncam imzalayan Kadırov “instaqram” səhifəsində belə yazıb:

 

“Məhəmməd Salah Çeçenistanın fəxri vətəndaşıdı. Bu, belədi! Böyük futbolçunun təltif edilməsi ilə bağlı bu gecə sərəncam imzaladım. Təntənəli şam yeməyi mərasimində Salaha sərəncamın surətini və döş nişanını təqdim etdim. O, bu təltifə layiqdi. Məhəmməd Salah böyük diqqətə, komandaya göstərilən qayğıya görə təşəkkürünü bildirdi. Mən əminəm ki, bizim klubumuz “Axmat”la Misir yığması nə vaxtsa Qroznıda yoldaşlıq görüşü keçirəcəklər”.


Digər xəbərlər

Xəbər xətti