“Sumqayıt”ın hazırlıq planı məlum oldu

17:23 23 İyun 2018

"Sumqayıt"ın 2018/2019 mövsümü üçün yay hazırlıq planı məlum olub.

 

Sportarena.az xəbər verir ki, “kimyaçılar” baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında iyunun 27-də tibbi baxışdan keçəcək. Ardınca komanda iki gün dəniz kənarında fiziki hazırlıq üzrə məşqlərə qatılacaq.

 

"Sumqayıt" iyunun 30-dan isə təlim-məşq toplanışına yığışacaq. Komanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşq meydançasında hazırlaşacaq. Hazırlığın ilk mərhələsində komanda 2 yoxlama oyunu keçirəcək.

 

"Sumqayıt" hazırlığın ikinci mərhələsini isə qonşu Türkiyədə keçirəcək. İyulun 16-dan 29-dək Boluya yollacacaq Nazim Süleymanovun rəhbərlik etdiyi komanda "Koru" hotelində məskunlaşacaq. “Kimyaçılar” Türkiyədə 4 yoxlama görüşü keçirməyi plalaşdırır.


Digər xəbərlər

Xəbər xətti