Almaniyanı "yıxan" adam "Barselona"nın hədəfində

Sportarena.az      23 İyun 2018, 17:39

DÇ-2018-in qrup mərhələsində Almaniyanın qapısına qol vurmaqla Meksikaya qələbə qazandıran İrvinq Losano diqqətləri öz üzərinə çəkdi.

 

Sportarena.az xəbər verir ki, uzun müddətdir meksikalı vingeri izləyən "Barselona" futbolçunun transfer etməyə qərar verib. PSV ilə görüş klub rəsmiləri 50 milyon avroluq təklif göndərib. Hollandiya təmsilçisi bir müddət düşünmək üçün vaxt istəyib. Mundiala fırtına kimi başlayan Losano performansını artırsa, transfer qiyməti də arta bilər. Bu səbəbdən də PSV "Barselona"nı gözlədir.

 

Qeyd edək ki, 22 yaşlı İrvinq "Çaki" Losano 2017-ci ildə "Paçuka"dan 8 milyon avroya PSV-yə transfer olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin