Argentinalı fanatlar Rusiyada azdılar

18:21 23 İyun 2018

Dünya çempionatının oyunlarını izləmək üçün Rusiyaya gədən iki argentinalı azarkeş kuryoz olayla üzləşib.

 

Sportarena.az xəbər verir ki, onlar komandalarının Xorvatiya ilə oyununun (0:3) keçirildiyi Nijni Novqorod şəhəri əvəzinə səhvən oradan təxminən 1000 km. aralıda yerləşən Velikiy Novqorod şəhərinə gediblər. Fanatlar bileti hansı şəhərə almalarına diqqətlə fikir verməyiblər və ArgentinadanVelikiy Novqoroda gediblər. Yalnız bu şəhərə çatıb ev kirayə etdikdən sonra səhvə yol verdiklərini başa düşüblər. Əvvəl məyus olsalar da, sonradan həmin şəhərdə qalaraq günlərini xoş keçirmək qərarına gəliblər.

 

Bundan öncə bir neçə isveçrəli fanat Rostov əvəzinə Rostov Velikiy şəhərinə gediblər.


Digər xəbərlər

Xəbər xətti