Zeynal Zeynalov: "Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu"

Sportarena.az      24 İyun 2018, 11:19

Çimərlik futbolu üzrə Avropa Liqasında (Euro Beach Soccer League Baku 2018) bu gün Belarus yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, o, komandamızın 1:4 hesablı məğlubiyyətini belə şərh edib:

 

“Rəqib səviyyə baxımından bizdən üstün idi. Çalışdıq mübarizə aparaq və bu müəyyən qədər alındı. Qaçırdığımız penalti oyunda dönüş nöqtəsi oldu. Buna görə heç kimi qınamıram. Futbolda səhvlər qaçılmazdı. Komandamdan narazı deyiləm. Portuqaliya ilə oyunda qələbə qazanmağa çalışacağıq. Biz A divizionunda yeniyik və burdakı komandaların səviyyəsi fərqlidi. Üstəlik, hər bir oyun bizim üçün əlavə motivasiyadı. Ona görə də, Portuqaliyaya qarşı komandanı xüsusi motivasiya etməyə ehtiyac yoxdu. Rəqibin adı, eləcə də oyunların doğma meydanda keçirilməsi qələbə qazanmağımız üçün əsas stimul olacaq”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin