Qurban Qurbanov: "Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq"

10:14 24 İyun 2018

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama matçında Bolqarıstanın "Ludoqorets" klubuyla 1:1 hesablı heç-heçə edib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyundan sonra fikirlərini bildirib:

 

“Keçirdiyimiz ilk yoxlama oyunuydu. Futbolçulardan razı qaldım. Səhvlərimiz oldu, amma düzgün oynamağa çalışdıq. Oyundan-oyuna daha yaxşı vəziyyətdə olacağıq”.


Digər xəbərlər

Xəbər xətti