“Neftçi" qalib gəldi - YENİLƏNİB

19:55 24 İyun 2018

Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Roberto Bordinin çalışdırdığı “ağ-qaralar” Makedoniyanın "Şkupi” komandası ilə qarşılaşıb.

 

Bakı vaxtı ilə 18:00-da başlayan oyun komandanın məskunlaşdığı “Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutub.

 

Matç Bakı klubunun inamlı qələbəsiylə başa çatıb. İlk yarısı qolsuz bitən görüşün ikinci hissəsində Namiq Ələsgərov hesabı açıbsa, Mirabdulla Abbasov matçda son nötqəni qoyub.

 

Yoxlama oyunu

24 iyun

Neftçi - Şkupi 2:0

Qol: Namiq Ələsgərov, 62. Mirsahib Abbasov, 86.

Türkiyə. Topuk yaylası.

 

Neftçi: 1. Səlahət Ağayev (94. Rəşad Əzizli, 65), 5. Anton Krivostyuk (26. Ömər Buludov, 86), 7. Namiq Ələsgərov (77. Elvin Sərkərov, 80), 8. Emin Mahmudov (4. Rəşad Eyubov, 62), 9. Baqali Dabo, 10. Dario Frederiko (22. Mirabdulla Abbasov, 55), 15. Ruslan Abışov (28. Slavko Braliç, 66), 17. Rəhman Hacıyev (51. Elçin Əsədov, 88), 21. Məhəmməd Mirzəbəyov (18. Tural Axundov, 66), 25. Kirilo Petrov, 93. Soni Mustivar (70. Əli Şirinov, 88)

 

Ehtiyat oyunçular: 73. Nail Alışov, 37. Vüsal Əsgərov, 36. Xəlil Bəşirov, 6. Qoran Paratski


Digər xəbərlər

Xəbər xətti