İspaniya və Portuqaliya sürprizə imkan vermədi - YENİLƏNİB

23:58 25 İyun 2018

Bu gün DÇ-2018-də 3-cü tur start götürəcək.

 

Sportarena.az xəbər verir ki, ilk olaraq A və B qruplarında mübarizəyə yekun vurulacaq.

 

A qrupunda artıq 1/8 finala vəsiqəni təmin etmiş iki komanda Uruqvay və Rusiya liderlik üçün yarışacaqlar. İlk pillədə qərarlaşmaq üçün Rusiyaya heç-heçə də sərf edir. Belə ki, vurulan və buraxılan topların fərqində meydan sahibləri daha üstündür. Qrupun digər oyununda isə Səudiyyə Ərəbistanı və Misir üz-üzə gələcək.

 

B qrupunda isə vəziyyət gərgindi. 1/8 finala çıxmağa 3 komanda namizəddir. Hərəyə 4 xalı olan İspaniya və Portuqaliya ilk pillədə qərarlaşıblar. 3 xala malik İran Portuqaliya ilə görüşdə mütləq qələbə qazanmalıdı. Əks halda, İspaniya - Mərakeş oyununun nəticəsindən asılı olmayaraq, 1/8 finala qonşular yüksələcəklər.

 

DÇ-2018. 3-cü tur

25 iyun

A qrupu

18:00 Uruqvay - Rusiya 3:0

Qol: Luiz Suares, 10. Dieqo Laksalt, 23. Edinson Kavani, 90.

Baş hakim: Malanq Didhyu (Seneqal)
Samara, "Samara Arena"

 

18:00 Səudiyyə Ərəbistanı - Misir 2:1

Qol: Salman Əl Fərəc, 45+2. Salem Əl Davsari, 90+4 - Məhəmməd Salah, 22.

Baş hakim: Vilmar Roldan (Kolumbiya)
Volqoqrad, "Volqoqrad Arena"

 

B qrupu

22:00 İran - Portuqaliya 1:1

Qol: Kərim Ansarifard, 90+3-pen - Rikardo Kuaresma, 45.

Baş hakim: Enrike Kaseres (Paraqvay)
Saransk, "Mordoviya Arena"

 

22:00 İspaniya - Mərakeş 2:2

Qol: İsko, 19. Yaqo Aspas, 90+1 - Xalid Butaib, 14. Yussef En Nəsiri, 81.

Baş hakim: Ravşan İrmatov (Özbəkistan)
Kalininqrad, “Kalininqrad” stadion


Digər xəbərlər

Xəbər xətti