Braziliya millisində ciddi itki

13:21 25 İyun 2018

Braziliya millisinin üzvü Duqlas Kostanın zədəsi ciddidir.

 

Sportarena.az xəbər verir ki, tibbi müayinədən keçən yarımmüdafiəçinin 15-20 gün meydana çıxa bilməyəcəyi məlum olub.

 

Qeyd edək ki, daha əvvəl əzələsindən zədələnən futbolçunun təkcə qrup mərhələsinin 3-cü turunda Serbiya ilə iyunun 27-də keçiriləcək görüşü buraxacağı açıqlanmışdı.


Digər xəbərlər

Xəbər xətti