Argentina millisindən xəbər var: Sampaolinin səlahiyyətləri əlindən alındı

13:35 25 İyun 2018

Argentina millisinin düşərgəsində vəziyyətin gərgin olduğu barədə məlumat vermişdik.

 

Sportarena.az xəbər verir ki. futbolçular baş məşqçi Xorxe Sampaoli ilə çalışmaq istəmirlər. Federasiya isə Nigeriya ilə vacib oyunöncəsi radikal dəyişikliklərə getmək fikrində deyil.

 

Argentina mətbuatının iddiasına görə, Lionel Messi başda olmaqla bütün futbolçular bu vəziyyətlə barışmayıblar. Federasiya rəhbərliyi ilə görüşən oyunçular Sampaolilə çalışmaq istəmədiklərini, komandanı meydana Xavier Maskerano tərəfindən çıxarılmasını istəyiblər. Uzun sürən danışıqlardan sonra federasiya rəhbərliyi baş məşqçinin texniki zonada olması şərti ilə buna razılıq verib.


Xəbər xətti