"Kəpəz" Vidadi Rzayevə tapşırılır? - ÖZƏL

15:52 25 İyun 2018

Ötən mövsümün yekunlarına görə Premyer Liqanı sonuncu bitərərək elita ilə vidalaşan "Kəpəz" artıq yeni mövsümün planlarını qurmağa başlayıb.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, Birinci Divizionda iştirak edəcəyi gözlənilən Gəncə təmsilçisi baş məşqçi axtarışlarını davam etdirir. Bu posta ən real namizəd isə Vidadi Rzayevdi.

 

Gəncə futbolunun yetirməsi olan sabiq yarımmüdafiəçinin məşqçi kimi fəaliyyəti "Kəpəz"də olub. O, Yunis Hüseynovla Şahin Diniyevin məşqçilər korpusunda yer alıb. Eyni zamanda, komanda Birinci Divizionda iştirak edərkən baş məşqçi postunda da çalışıb.

 

Bu məqamları nəzərə alan klubun rəhbərliyi "Kəpəz"i ona həvalə etməyi planlaşdırır. Yaxın günlərdə Vidadi Rzayevin təyinatının rəsmən açıqlanacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti