Samir Ələkbərov Premyer Liqa klubunda

18:14 25 İyun 2018

"Sumqayıt"ın yeni baş məşqçisi Nazim Süleymanovun daha bir köməkçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Samir Ələkbərov baş məşqçinin köməkçisi vəzifəsini yerinə yetirəcək.

 

2004-2005-ci illərdə "Neftçi", 2006-2008-ci illər ərzində isə “Xəzər Lənkəran”da köməkçi məşqçi olmuş Samir Ələkbərovun sonuncu iş yeri 21 yaşadək futbolçulardan ibarət milli komandamız olub.

 

Xatırladaq ki, Süleymaovun ilk köməkçisi qapıçılarla işləyən Emil Babayev olub. 


Xəbər xətti