Roxo Argentinaya həyat verdi - YENİLƏNİB

23:58 26 İyun 2018

DÇ-2018 tam həyəcanıyla davam edir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha iki qrupda mübarizəyə yekun vurulacaq.

 

Əvvəlcə C qrupunun qarşılaşmaları oynanılacaq. 1/8 finala vəsiqəni ötən tur təmin etmiş Fransa Danimarka ilə görüşə 1-ci pillədəki yerini qorumaq üçün çıxacaq. Danimarka isə qalib gəlməyə məcburdu. Yoxsa Avstraliya Peru üzərində qələbə qazanaraq ikinci pilləni ələ keçirə bilər.

 

D qrupunda isə vəziyyət qarışıqdı. Xorvatiya 1/8 finala vəsiqəni təmin edib. İslandiya, Argentina və Nigeriya isə 2-ci vəsiqə şansını saxlayır.

 

DÇ-2018. 3-cü tur

26 iyun

C qrupu

18:00 Danimarka - Fransa 0:0
Baş hakim: Sandro Riççi (Braziliya) 
Moskva, "Lujniki" stadionu

 

18:00 Avstraliya - Peru 0:2

Qol: Andre Karrilyo, 18. Paolo Gerrero, 50.
Baş hakim: Sergey Karasyov (Rusiya) 
Soçi, "Fişt" stadionu

 

D qrupu

22:00 Nigeriya - Argentina 1:2

Qol: Viktor Mozes, 51-pen. - Lionel Messi, 14. Markos Roxo, 86.
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

 

22:00 İslandiya - Xorvatiya 1:2

Qol: Gilfi Siqurdsson, 76-pen. - Milan Badel, 53.
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"


Xəbər xətti