“Qarabağ" 5-ci gününü iki məşqlə başa vurdu

11:21 26 İyun 2018

“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komanda hazırlığın 5-ci gününü iki məşqlə tamamlayıb. İlk çalışma yerli vaxtla saat 12:30-da (Bakı vaxtıyla 14:30) start götürüb və təxminən saat yarım davam edib. Komanda əsasən fiziki tapşırıqları yerinə yetirib. Məşqin sonunda isə futbolçular zərimə zərbələrinin üzərində çalışıb.

 

Günün ikinci məşqi isə yerli vaxtla 18:30-da başlayıb. İlk məşqdən fərqli olaraq, bu hazırlıqda komanda daha çox taktiki çalışmaları yerinə yetirib. Hazırlıq "kavdrat"la sona çatıb.


Xəbər xətti