"Qarabağ"ı Zoubiri hansı şərtlərlə transfer edib?

15:46 26 İyun 2018

Fransanın "Lans" klubu Abdullah Zoubirin "Qarabağ"a transferini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, Fransa klubu Zoubirin “köhlən atlar”la 2 illik müqavilə bağladığını qeyd edib. 26 yaşlı Mərakeş əsilli fransalı hücumameyilli yarımmdüfiəçinin transfer qiyməti isə açıqlanmayıb.

 

Zoubir karyerası ərzində "Qrenobl", "İstra", "Hibernian" və "Petrolul" kimi klublarda çıxış edib.


Xəbər xətti