Misir ikinci qolu buraxdı, şərhçi infarkt keçirdi

16:32 26 İyun 2018

DÇ-2018-in qrup mərhələsinin 3-cü turunda dünən keçirilən Misir - Səudiyyə Ərəbistanı (1:2) matçı bədbəxt hadisəyə səbəb olub.

 

Sportarena.az xəbər verir ki, ikincilərin 90+5-ci dəqiqədə vurduğu qələbə qolu misirli futbol şərhçisinin həyatını itirməsi ilə nəticələnib. Məlumata görə, bu ölkənin "Ən-Nil" kanalında şərhçilik edən Əbdürrəhim Məhəmməd rəqibin qələbə qolunun ardınca infarkt keçirib. Bundan sonra o, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Mundialda keçirdiyi hər 3 oyunda məğlub olan Misir turnirlə xalsız vidalaşıb.


Xəbər xətti