"Keşlə"nin ilk oyununun vaxtı açıqlandı

11:03 27 İyun 2018

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsində Maltanın "Baltsan" komandasına qarşı keçirəcəyi ilk oyunun yeri və başlama saatı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda təşkil olunacaq. Start fiti Bakı vaxtı ilə saat 21:00-da çalınacaq.

 

Həmin gün saat 20:00-da "Qəbələ" öz meydanında Lüksemburq "Proqres"ini, saat 21:00-da isə "Neftçi" "Dalğa Arena"da Macarıstan "Uypeşt"ini qəbul edəcək.

 

Qeyd edək ki, cavab görüşləri iyulun 19-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti