"Qəbələ"nin rəqibinin erməni futbolçusu Azərbaycana gələcək? - AÇIQLAMA

12:40 27 İyun 2018

Məlum olduğu kimi, “Qəbələ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, Lüksemburq klubunun heyətində çıxış edən erməni hücumçu Aleksandr Karapetyanın Qəbələyə gəlib-gəlməyəcəyi sual doğururdu.

 

“Proqres”in meneceri Tomas Qliqeman erməni futbolçunun Azərbaycana gətirilməyəcəyini bildirib. Klub rəsmisi deyib ki, Azərbaycanla Ermənistan arasındakı problemə görə Karapetyan Qəbələdə keçiriləcək oyuna gətirilməyəcək.

 

Ermənistan millisində çıxış etmiş 30 yaşlı Karapetyan ötən ildən "Proqres"də forma geyinir. Gürcüstan doğumlu futbolçu Almaniya, Ermənistan və Gürcüstan vətəndaşlığını daşıyır.

 

2015-ci ildə “Borussiya” (Dortmund) da Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə Bakıda baş tutan oyuna Ermənistan millisinin üzvü Henrik Mxitaryanı gətirməmişdi.

 

“Qəbələ” - “Proqres” matçı iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti